Məhkəmə qərarları › İş №3(042)-435/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-435/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-435/2023 05.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Gədəbəy rayonunun Slavyanka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, hazırda Gədəbəy rayonunun Maarif kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 02 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən, borclular X9 və Şəxs, onların ailə üzvləri X4, Əliyev Babək ilham oğlu, X6 və X5 tələbkar X3 məxsus ümumi sahəsi 24.0 kv.m olan Liter “A” yaşayış evi və ümumi sahəsi 97.35 kv.m olan Liter “B” yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalıdırlar. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.Lakin borclu icra sənədinin yerinə yetirməkdən imtina etmişdir. Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə dəvət edilməsinə baxmayaraq, borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmiş və borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədi dəfələrlə icra edilməsinə baxmayaraq, borclu və ailə üzvləri icra sənədi icra edildikdən sonra X3 məxsus fərdi yaşayış evinə yenidən girərək, orada yaşamağa başlamışlar. Hazırda borclu Şəxs tələbkara məxsus Gədəbəy rayonunun Maarif kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq, icra etmir və icra məmurunun qanuni tələblərinə tabe olmur. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o və onun ailə üzvləri tələbkar X3 məxsus Gədəbəy rayonu, Maarif kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Hazırda o tələbkara məxsus evdə yaşamır. Yalnız mal-qarasanı, başqa yer olmadığı üçün, tələbkara məxsus evin həyətində saxlayır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, icra sənədi dəfələrlə icra edilməsinə baxmayaraq, borclu və ailə üzvləri icra sənədi icra edildikdən sonra X3 məxsus fərdi yaşayış evinə girərək, orada yaşamağa başlamışlar. Hazırda da borclu faktiki olaraq, yaşayış yeri olmasına baxmayaraq, tələbkara məxsus Gədəbəy rayonunun Maarif kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Yəni, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq, icra etmir və icra məmurunun qanuni tələblərinə tabe olmur və bununlada Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar