Məhkəmə qərarları › İş №3(042)-436/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-436/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-436/2023 06.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün 06 dekabr 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs təhlükəsizlik kəmərini bağlamadan və il ərzində təkrarən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, subaydır. Heç bir yerdə işləmir. O, spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Ona görə də barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023cü il tarixdə təhlükəsizlik kəməri bağlamadan sərxoş vəziyyətdə maşınla hərəkət edərkən yol-hərəkət qaydalarını pozması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.2-ci maddələri ilə protokol tərtib edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1, 333.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi xx.xx.2023-cü il tarixli, 217 №-li aktdan görünür ki, Şəxs həmin tarixdə sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 23.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin Tovuz Rayonlararası Qeydiyyat İmtahan və X1 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar