Məhkəmə qərarları › İş №3(042)-437/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-437/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-437/2023 21.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, qərardan şikəyət verən şəxs X1 iştirakı ilə, X1 Bakı Şəhəri Suraxanı Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Bakı Şəhəri Suraxanı Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayəti vermiş X3 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonun, Qaraçuxur qəsəbəsində mülkiyyətində mənzil vardır. Özü Gədəbəy rayonunda işlədiyi və müvəqqəti yaşadığına görə mənzilini kirayəyə vermişdir. 30 noyabr 2023-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Polis Şöbəsinin sahə müvəkkili X2 onun mənzili kirayə verdiyi şəxsi müvəqqəti qeydiyyata almadığını bildirərək, barəsuində protokol tərtib etmiş və o, Azərbaycan Respublikası İXM-nin 563.2-ci maddəsinə əsasən 800 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Halbuki, heç bir inzibati xəta törətməmişdir və əməlində xüsusilə bu maddədə nəzərdə tutulmuş əməlin tərkib hissəsi yoxdur. Bundan başqa, müraciətlərinə baxmayaraq polis orqanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və çıxarılmış qərarı da ona təqdim etməmiş, o, yalnız Asan Pay ödəniş sistemi vasitəsilə barəsində çıxarılmış qərar haqqında məlumat almışdır. Yəni, barəsində olan qərar qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı Şəhəri Suraxanı Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında əməkdaşın iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Polis Şöbəsinin əməkdaşının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Asan Pay ödəniş Portalından olan çıxarışlardan görünür ki, X3 Azərbaycan Respublikası DİN tərəfindən Azətrbaycan Respublikası İXM-nin 563.2-ci maddəsi ilə MN19833641 saylı Protokola əsasən 800 manat miqdarında cərimə edilmiş, həmin protokol üzrə 30 noyabr 2023-cü il tarixdən etibarən icra qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikası İXM-nin 563.2-ci maddəsinə əsasən vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə-beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1. və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 563.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən vəzifəli şəxs deyildir və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yəni, onun əməlində Azərbaycan Respublikası İXMnin 563.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta təkibi yoxdur. Ona görə də şikayət təmin edilməli, X3 barəsində Azətrbaycan Respublikası İXM-nin 563.2-ci maddəsi ilə tərtib edilmiş MN19833641 saylı Protokola əsasən 800 manat miqdarında cərimə edilməsi barədə Bakı Şəhəri Suraxanı RPŞ-nin inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azətrbaycan Respublikası İXM-nin 563.2-ci maddəsi ilə tərtib edilmiş MN19833641 saylı Protokola əsasən 800 manat miqdarında cərimə edilməsi barədə Bakı Şəhəri Suraxanı RPŞ-nin inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar