Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-443/2023 12.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs,müdafiəçisi X7, zərərçəkmiş şəxs X8 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1947-ci ildə Gədəbəy rayonununda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, İİ qrup əlil olan, işləməyən, hazırda Gədəbəy rayonunun İnəkboğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X12, Şəxs və X4 tərəfindən edilən həc cür maneələrə son qoyulmalı, dağılmış su anbarı bərpa edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 10 manat cavabdehlər X12, Şəxs və X2 alınaraq iddiaçıya verilməlidir. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq, icra etmir və icra məmurunun qanuni tələblərinə tabe olmur. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Lakin o, icra məmurunun tələblərinə tabe olmamış, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra Şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. 12 dekabr 2023-cü il tarixdə borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və izahat verərək, icra vərəqəsini icra etməyəcəyini bildirmişdir. Tələbkar hazırda məhkəmə qərarında və icra vərəqəsində nəzərdə tutulmuş icra tədbirlərinin görülməsini tələb edir. Borclu özü şəxsən qətnamənin icra edilməsinə mane olur. Bundan başqa o, kənd sakinlərini də icraaya mane olmağa təhrik edir. Ona görə də borclu barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, açıq su mənbəyi ona məxsusdur. Buna baxmayaraq, o, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmuruna mane olmayacaq. Lakin kənd camaatı yığışıb icraya mane ola bilər. Çünki mənbədən bütün kənd camatı istifadə edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X7 çıxış edərək, borclu X3 barəsində icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X1 Savad Müslüm qızı və X4 tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağıdılmış həmin su anbarı bərpa edilməlidir. Borclu icra sənədi üzrə icra hərəkətlərini yerinə yetirmir. İşdə olan qərardadın surətindən görünür ki, Şəxs barəsində məcburi gətirilmə elan edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, müdafiəçini, zərərçəkmişi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini əsassız bəhanələrlə yerinə yetirməmiş, yəni, borcunu könüllü qaydada icra sənədini icra etməkdən imtina etmiş, çağırışlara gəlməmiş, barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, yaşını, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-443/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-443/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver