Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-448/2023 29.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Gədəbəy RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Gədəbəy RPŞ-nin xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. O, X7 ilə həmkəndlidir. 17 iyun 2023cü il tarixdə onun övladı X8 X6 və qardaşı Tunar aralarında yaranmış mübahisə zamanı döymüşlər. Onun həyat yoldaşı X9 bununla əlaqədar Gədəbəy RPŞ-ə şikayət etmişdir.Onun həyat yoldaşının şikayət etməsini Elvin Abdullayev bildikdən sonra DİN-nin 102 Xidmətinə zəng edərək onun övladının onun və arvadı tərəfindən döyülməsi ilə əlaqədar şikayət vermişdir. Daha sonra Gədəbəy RPŞ-də araşdırılma aparılmış və xx.xx.2023-cü il tarixdə onun və arvadının əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda hadisə ilə bağlı 3 ay keçdikdən sonra onun xəbəri olmadan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə olunması barədə qərar tərtib edilmişdir.Barəsində olan qərar qanunsuzdur. O, heç kimi döyməmişdir. Ona görə də barəsində olan xx.xx.2023 -cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Gədəbəy RPŞ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 27 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan və zərərçəkmişlərin izahatlarından görünür ki, X1 Tunar Elvin oğlunu döymüşdür. X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan görünür ki, X10 barəsində 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçi tərəfindən şikayətin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-448/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-448/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver