Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-449/2023 29.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksiçilik fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Çənlibel kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 18 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki,o, Şəmkir rayonu, Çənlibel kəndində yaşayır. VAZ 21074 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində onun idarə etdiyi VAZ-21074 minik markalı, **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gədəbəy rayonu, Başkənd adlanan ərazidən Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman döngəli yerdə idarə etməni itirərək avtomobili yolun üzərində yerləşən körpüdən aşağı aşırmışdır.Həmin vaxt onun yanında sərnişin qismində Alıyev Vüsal olmuşdur. Avtomobil dərədən aşağı düşən zaman yanında olan Vüsal özünü maşından çölə atmışdır. O, maşından düşərək kömək istəmiş və Vüsalı Gədəbəy rayonunun mərkəzində yerləşən xəstəxanaya aparmışdır. O, spirtli içki qəbul etməmişdir. Hadisə zamanı özü xəsarət almamışdır. Daha sonra onun barəsində araşıdırılma aparılmış və onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Onun barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Əməlindən peşmandır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 18 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu, Çenlibel kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Gədəbəy RPŞ-nin DYP Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi VAZ-21074 minik markalı ** LD *** dövlət nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonu, Başkənd kəndi ərazisində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman döngəli yerdə idarəetməni itirmiş, avtomobilin körpüdən aşırması nəticəsində ön oturacaqda sərnişin qismində əyləşmiş X1 gözün bayır səthinin, sağ əlin 1-ci barmağının kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yünqül zərər vuran xəsarətlər almışdır. Ona görə də, o, Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 300 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-449/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-449/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver