Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-455/2023 25.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Qumlu kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 327.2. və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. O, 20 dekabr 2023-cü il tarixdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan “VAZ 2106 minik” markalı, **-CH-*** nəqliyyat vasitəsi ilə Gədəbəy şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olan zaman nəqliyyat vasitələrini buraxaraq, yola çıxmış, həmin yolda hərəkətdə olan avtomobillə toqquşma baş vermiş, həmin avtomobil yolun kənarında olan bardyura dəymiş və əzilmişdir. Toqquşma zərərçəkmişin avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş vermişdir. Maddi vəziyyəti yaxşı deyil. Odur ki, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi çıxış edərək bildirmişdir ki, 20 dekabr 2023-cü il tarixdə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən qəza baş vermişdir. Qəza digər tərəfin təqsiri səbəbindən baş vermişdir. Ona görə də onun əməlinin Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsindən 332.2-cimaddəsinə tövsüf edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, 20 dekabr 2023-cü il tarixdə Gədəbəy şəhərində baş yolla hərəkət edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin idarə etdiyi avtomobil qəflətən yola çıxmış və onun idarə etdiyi avtomobili sol tərəfədn vuraraq, zərər yetirmişdir. Şəxs ona 861 manat ziyan vurmuşdur. Ona vurulmuş zərərin ödənilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 20 dekabr 2023-cü il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə tərtib edilmişdir. İşdə olan hadisə yerinin Sxemindən görünür ki, hadisə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin ikinci dərəcəli yoldan baş yola çıxarkən baş vermişdir. İşdə olan Azərbaycan Respublikası Şəmkir rayonu "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, X2 ümumillikdə 861 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə ikinci dərəcəli yoldan baş yola çıxarkən baş yolla hərəkət edən nəqliyya vasitəsilə toqquşma törətmiş, yəni, Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-455/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-455/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver