Məhkəmə qərarları › İş №3(042)-48/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-48/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-48/2021 04.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, X1 Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh verilməsi haqqında qərardan daxil olmuş şikayətə baxaraq, Müəyyən etdim: Gədəbəy rayon Polis şöbəsi X1 şikayət ərizəsi xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcud olduqda inzibati tənbeh verilməsi haqqında qərardan şikayət geri qaytarılır. Beləliklə, məhkəmə şikayət materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1 Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh verilməsi haqqında qərardan şikayət vermiş, ancaq şikayətçi ərizəsində inzibati tənbeh verilməsi haqqında qərarın nömrəsini və tarixini qeyd etməmiş, tələbini aydın və konkret şəkildə göstərməmiş və şikayət ərizəsini əsaslandıran heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Belə olan halda şikayət ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X1 Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət natamam verildiyindən X2 baxılmadan geri qaytarılsın. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar