Məhkəmə qərarları › İş №3(042)-5/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-5/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-5/2024 07.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialdan görünür ki, “X3” MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 550,60 ABŞ dolları (936.02 manat) məbləğində pulun müvəkkil bankda olan hesaba köçürülməməsi aşkar edilmiş və Gədəbəy rayon prokurorluğu tərəfindən “X3” MMC-nin İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi 20 dekabr 2023-cü il tarixdə 10-İX/166C-23 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X3” MMC qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. “X3” MMC məhkəməyə ərizə verərək, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddətinin keçməsini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, “X3” MMC-nin əməli İXM-nin 483-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə iş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Gədəbəy rayon prokurorluğunun qərarının surətindən görünür ki, “X3” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş mallann müqabilində 90652,03 ABŞ dollan məbləğində pulun müvəkkil bankda olan hesaba köçürülməməsi faktı ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Gədəbəy rayon prokurorluğuna göndərilmiş, material üzrə araşdırma aparılmış, araşdırma zamanı “X3” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 90652,03 ABŞ dolları məbləğində deyil, 34 ABŞ dolları məbləğində pul müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 166 C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “X3” MMC tərəfindən Azərbaycan Resublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi haqqında müvafiq qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsi qərar alınmışdır. İşdə olan 01 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında qərardan görünür ki, “X3” MMCnin barəsində İXM-in 483-cü inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Gədəbəy rayon prokurorluğu tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixdə 10-İX/166C-23 №-li inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 21 noyabr 2023-cü il tarixli, 3-33/2-020391/2023 nömrəli məktubuna əsasən, Dövlət Gömrük Komitəsinin X1 Sisteminin (VAİS) xx.xx.2023cü il tarixinə olan məlumatlarına əsasən "X3" MMC-nin (VÖEN: **********) məktubda qeyd olunan tarix aralığında ölkə ərazisindən ixrac etdiyi malların müqabilində qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilməyən vəsaitlərin qalıq məbləği 550,60 ABŞ dolları olduğu müəyyən edilmiş və “X3” MMC-nin barəsində İXM-in 483-cü inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sübutlarla ilə müəyyən edildi ki, “X3” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 90652,03 ABŞ dollan məbləğində pulun müvəkkil bankda olan hesaba köçürülməməsi faktı ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Gədəbəy rayon prokurorluğuna göndərilmiş, material üzrə araşdırma aparılmış, araşdırma zamanı “X3” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 90652,03 ABŞ dolları məbləğində deyil, 34 ABŞ dolları məbləğində pul müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmiş, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, “X3” MMC tərəfindən Azərbaycan Resublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən sonuncunun barəsində qeyd edilən maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati araşdırma aparılan zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 21 noyabr 2023-cü il tarixli, 3-33/2-020391/2023 nömrəli məktubuna əsasən, Dövlət Gömrük Komitəsinin X1 Sisteminin (VAİS) xx.xx.2023cü il tarixinə olan məlumatlarına əsasən "X3" MMC-nin (VÖEN: **********) məktubda qeyd olunan tarix aralığında ölkə ərazisindən ixrac etdiyi malların müqabilində qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilməyən vəsaitlərin qalıq məbləği ümumilikdə 550,60 ABŞ dolları olduğu müəyyən edilmiş və və “X3” MMC-nin barəsində İXM-in 483-cü inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, “X3” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 550,60 ABŞ dolları məbləğində pul müvəkkil bankda olan hesaba köçürülməməsi Gədəbəy rayon prokurorluğu tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialla sübuta yetirilir. Həmçinin araşdırma zamanı izahatı alınmış “X3” MMC-nin nümayəndəsi qeyd edilən faktı təkzib etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 17 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş və İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti keçməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, “X3” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, “X3” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: “X3” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, inzibati xətanın bilavasitə obyekti olan 550,60 ABŞ dolları məbləğində pulun otuz faizi məbləğində cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar