Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-50/2024 27.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən təqdim edilmiş inzibati xəta haqqında materialdan müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1212/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 1773 manat pul alınaraq iddiaçı X1 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş protokola əlavə edilsə də, həmin bildirişin borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Borclunun barəsində hər hansı digər məcburi icra tədbirləri görülməmiş, icra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gündə də inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Həmçinin borclunun tələbin yönəldilə biləcək əmlakının olub-olmaması barədə materiala hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş material natamam hesab edir və eləcə də qeyd edir ki, borclu materiala əlavə edilmiş izahatında icra sənədi üzrə 300 manat ödədiyini, hazırda 200 manat ödəniş edəcəyini və qalan məbləği 200-250 manat olmaqla ödəyəcəyini bildirmişdir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında material natamam hesab edərək geri qaytarılması qənaətinə gəlir. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-50/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-50/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver