Məhkəmə qərarları › İş №3(042)-51/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-51/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-51/2025 19.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1997-ci ildə Gədəbəy rayonu Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu Qoşabulaq kəndində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixində Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Elxan Abbasov tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-203/2023 saylı, xx.xx.2023-cü il tarixli - Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin bazar ertəsi və ya çərşənbə günü saat 12:00-dan saat 18:00- dək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə görüşmək hüququ təmin edilməsi barədə icra vərəqəsini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-203/2023 saylı icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra məmuru Tural ismayılovun icraatına verilmişdir. İcra vərəqəsi 2024-cü ilin dekabr ayınadək icra məmuru Tural İsmayılovun icraatında, həmin tarixdən isə şöbənin rəisi Elxan Abbasovun icraatında olmuşdur. İcra vərəqəsi bundan sonra onun icraatında olacaqdır. İcra sənədi üzrə hər dəfə uşaqla görüş təşkil edilən zaman münaqişələr yaranmışdır. Hazırda uşaqla ünsiyyətlə əlaqədara zərər çəkmişin anası gəlmişdir. Halbuki qətnamə ilə sadəcə atanın ünsiyyət hüququ müəyyən edilmişdir. Hər dəfə münaqişə yaranmasına səbəb uşaqla görüşdə nənənin iştirakıdır. Dinc yolla ünsiyyət hüququnun təmin edilməsi mümkün deyil. Polis və yerli icra hakimyyəti orqanlarından yetkinlik yaşına çatmayanlarla bağlı mütəxəssis cəlb edilməklə ünsiyyət hüququnun təmin edilməsi mümkün ola bilər. Uşaqla atanın ünsiyyət hüququnun təmin edilməsinə həm Xəyalə və onun qohumları, həm də zərərçəkmiş şəxsin anası maneələr yaradır. İcra vərəqəsində uşaqla görüş icra məmurlarının iştirakı ilə təmin edilməlidir. Ona görə də, uşaqla görüş məhkəmənin inzibati binasında təşkil edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, uşağın 3 yaşı var. Ondan ayrı durmur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ünsiyyətlə bağlı nə vaxt onu çağırsa gəlmişdir. Ünsiyyətlə bağlı gəldikdə Zərərçəkmiş şəxs anası ona və uşağa qarşı nalayiq ifadələr işlədir, uşağı qorxudur. Uşaq qorxusundan məhkəmə binasına gəlmir. Zərərçəkmiş şəxs uşağı ilə görüşməsinə etirazı yoxdur. Elçinin anası hər dəfə münaqişə yaradır. Dəfələrlə demişdir ki, gəlib yaşadıqları kənddə uşaqla görüşsünlər, lakin Elçinin anası razılaşmır ki, oğlunu öldürərlər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, o, Elçin Qasımvun anasıdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-203/2023 saylı icra vərəqəsi üzrə ata ilə uşağın görüşü məqsədi ilə onlar Elxan və Tural müəllimlə birlikdə Xəyalənin yaşadığı kəndə getmişlər. Lakin, Xəyalə uşaqla atanın görüşünü təmin etməmişdir. Həmçinin icra şöbəsində görüş təmin edilərkən Xəyalə oğlu Elçini vurmuşdur. Xəyalə, Elçinin uşaqla görüşünü təmin etmir. Sonuncu dəfə Elçinin uşaqla görüşü xx.xx.2024-cü il tarixdə təşkil edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və inzibati xəta haqqında material ilə Şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-203/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi halı müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: mza/ Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar