Məhkəmə qərarları › İş №3(042)-52/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-52/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-52/2022 24.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, əvvəllər məhkum edilmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 24.02.2022-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində əlində yandırıcı maye ilə nümayəndəliyin işçilərini və binanı yandıracağı ilə hədələməsi, nümayəndəlik əməkdaşlarını nalayiq söyüşlərlə söyməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum edilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Polis Şöbəsi, Gədəbəy Rayon İHB-nin Slavyanka Kənd İcra Nümayəndəliyi, X1 qarşı haqsızlıqlar etmişdir. 24 fevral 2022-ci il tarixdə əlində 1 litr nöyüt olmuş, o, Gədəbəy Rayon İHB-nin Slavyanka Kənd İcra Nümayəndəliyini və özünü yandırmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon İHB-nin Slavyanka Kənd İcra Nümayəndəlisi vəzifəsində işləyir. 24.02.2022-ci il tarixdə Şəxs səhər saatlarında əlində içərisində nöyüt olan qabla ilə nümayəndəliyik binasının qarşısında olmuşdur. Onun və nümayəndəliyin digər əməkdaşlarının binaya girməsinə icazə verməyəcəyini bildirmiş, binanı, nümayəndəliyin əməkdaşlarını və özünü yandıracağını demişdir. Bu zaman onları nalayiq söyüşlərlə söymüşdür. Ona görə də barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X4 və X2 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.02.2022-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində əlində yandırıcı maye ilə nümayəndəliyin işçilərini və binanı yandıracağı ilə hədələmiş, nümayəndəlik əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində nalayiq söyüşlər söymüş, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunmasını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 24 fevral 2022-ci il saat 1750-dən hesablansın. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar