Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-53/2021 04.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, X2 Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında protokoldan daxil olmuş şikayətə baxaraq, Müəyyən etdim: Gədəbəy rayon Polis şöbəsi X4 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolla inzibati tənbeh tətbiq etmiş, X2 həmin protokoldan şikayət ərizəsi xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcud olduqda inzibati tənbeh verilməsi haqqında qərardan şikayət geri qaytarılır. Beləliklə, məhkəmə şikayət materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X2 Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında protokolundan şikayət vermişdir. Şikayətçiyə izah olunsun ki, o inzibati tənbeh vermə haqqında protokoldan yox, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verə bilər. Eyni zamanda şikayət vermiş şəxs X4 şikayət ərizəsininə tələbini əsaslandıran heç bir sənəd əlavə etməmişdir. Belə olan halda şikayət ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X2 Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında protokoldan verdiyi şikayət nataman verildiyindən X3 baxılmadan geri qaytarılsın. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-53/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-53/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver