Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-53/2024 18.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu, Samanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahənin böyük nəzarətçisi vəzifəsində işləyən, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qazax-Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi vəzifəsi həvalə edilmiş “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin böyük nəzarətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulmuş və nəticədə ehtiyatsızlıqdan həmin şirkətin işçisi X1 yüngül zərər vurulmuşdur. Belə ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X2 xx.xx.2023-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Daşqıran sahənin böyük nəzrətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən Şəxs İXM-in 198.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 19 fevral 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin böyük nəzarətçisi vəzifəsində işləyir. Əməyin mühafizəsi və qaydalarının yerinə yetirilməsi vəzifəsi daşıyır. Lakin bədbəxt hadisə baş verən zaman o işdə olmamışdır. Ona görə də, özünü qismən təqsirli bilir. Odur ki, nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü ii tarixdə saat 19:30 radəiərində X2 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Gədəbəy kontrakt sahəsində X2 qidalanma bunkerinin hidromuftasına yağ əlavə etmək üçün qayışdan tutaraq şkifi fırlatmağa çalışan zaman şkifin sürətlə hərəkət etməsi səbəbindən sağ əlinin dördüncü barmağının şkiflə qayışın arasında qalması nəticəsində bədbəxt hadisə baş vermişdir. Bunula bağlı təhqiqat aparılması üçün komissiya yaradılmışdır. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X2 xx.xx.2023-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Daşqıran sahənin böyük nəzrətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 19 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qazax- Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN 149 №-li inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin əməyin mühafizəsi və qaydalarının yerinə yetirilməsinə, texniki təhlükəsizlik və istehsal sanitariyası (gigiyena) qaydalarına uyğun olan sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına cavabdeh şəxs Şəxs – Daşqıran sahəsinin böyük nəzarətçisi tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurmaya aid edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan təhqiqat aktından görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-1-ci və 4.2-ci bəndlərinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin daşqıran operatoru X2 cavabdehliyini, 4.3-cü bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin daşqıran sahənin böyük nəzarətçisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspetiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş 631 nömrəli, xx.xx.2023-cü tarixli ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarət- sağ əiin 4-cü barmağının uc falanqasının travmatik amputasiyası küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 06 noyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, xx.xx.2023-cü ii tarixdə saat 19:30 radəiərində X2 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Gədəbəy kontrakt sahəsində X2 qidalanma bunkerinin hidromuftasına yağ əlavə etmək üçün qayışdan tutaraq şkifi fırlatmağa çalışan zaman şkifin sürətlə hərəkət etməsi səbəbindən sağ əlinin dördüncü barmağının şkiflə qayışın arasında qalması nəticəsində bədbəxt hadisə baş vermişdir. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X2 xx.xx.2023-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Daşqıran sahənin böyük nəzrətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Şəxs İXM-in 198.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 19 fevral 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 198.2-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-c hissəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Məhkəmə qeyd edir ki, Şəxs qeyd edilən bədbəxt hadisə baş verərkən işçilərə nəzarəti o həyata keçirmiş, iş aparılan vaxt əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi vəzifəsi daşımışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-53/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-53/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver