Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-53/2025 06.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Çaldaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(042)-53/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(104)-209/2025 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 fevral 2025-ci il tarixli, 3(042)-53/2025 saylı qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-869/2023 saylı icra vərəqəsinə əsasən X1 əsassız varlandığı 23.198 manat və ödənilmiş 160 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədi üzrə 23.198 manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmuru Səbuhi Hüseynova 1.900 manat məbləğində pul göndərmişdir. İcra məmuru pulu özünün kart hesabına göndərilməsini və tələbkara təqdim edəcəyini bildirmişdir. Qəbzləri onda mövcuddur. Lakin, ödəniş tələbkara verilməmişdir. Hazırda da borcundan 700 manat ödəniş edə bilər. Qalan borcunu isə hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 1.900 manat məbləğindəki ödəniş ona verilməmişdir. İcra məmuru Səbuhi Hüseynov qeyd edilən məbləğin məhkəmənin depozit hesabında olduğunu və qalan məbləğlərin də depozit hesabda toplanacağını və bundan sonra ona veriləcəyi bildirmişdir. İcra məmuru Səbuhi Hüseynov ödənilmiş pulun 2025-ci ilin mart ayında Novruz bayramına qədər ona çatacağını bildirmiş, lakin, həmin pul ona verilməmişdir. Borcun hissə-hissə ödənilməsinə etiraz edir, borcunun tam ödənilməsini tələb edir. O, borcludan şikayətçidir və borclunun inzibati qaydada həbs edilməsini tələb edir. İnzibati xəta haqqında materialda olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-27/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-97/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və zərərçəkmiş şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Borclu borcundan 1.900 manat məbləğində ödəniş etdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sənəd təqdim edilməmiş, zərərçəkmiş şəxs qeyd edilən məbləğin ona verilmədiyini bildirmişdir. Borclu borcunu tam şəkildə ödəyə bilmir. Hazırda borcundan 700 manat ödəniş edəcəyinə və qalan borcunu hissə-hissə ödənişlər edəcəyinə söz versə də, borcun hissə-hissə ödənilməsinə dair tərəflər arasında hər-hansı bir razılıq və ya məhkəmə qərarı yoxdur. Həmçinin borclunun hazırda ödəniş etmək istədiyi məbləğ, tutulmalı olan pul məbləğinə münasibətdə çox az bir məbləğdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Aliment öhdəliyini icra etməyən Şəxs bunu maddi vəziyyəti ilə izah edir. Məhkəmə hesab edir ki, uşaqlarının saxlanması üçün aliment borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 10 (on) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Şəxs barəsində olan inzibati xəta haqqında iş məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olsa da, işə daxil olduğu gün baxılması mümkün olmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə inzibati iş üzrə işin baxılması xx.xx.2025-ci il tarixinə təxirə salınmışdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 15:30-dan hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-53/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-53/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver