Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-54/2022 28.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Qalakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ikinci dərəcəli əlil, Gədəbəy rayonu, Qalakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 26.02.2022-ci il tarixdə, saat 17:00 radələrində Gədəbəy rayonu Qalakənd kənd sakini Şəxs ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qalakənd kəndində qeydiyyatda olmaqla yaşayır. O, üç ildir ki xəstədir. Ona 2021-ci ilin avqust ayında xəstəliyinə görə əlillik dərəcəsi verilmişdir. Lakin, əlilliyinə görə 180 manat müavinət verilir. O, müavinətin az olması səbəbindən daimi olaraq DİN-nin 102 xidmətinə zəng vuraraq müavinətinin az olduğunu və müavinət verilərkən onun 33 illik stajının nəzərə alınmadığını bildirmişdir. O, buna görə əsəbləşərək 26.02.2022-ci il tarixdə, saat 18:11 radələrində FHN-nin 112 xidmətinə zəng edərək Gədəbəy rayonunun mərkəzinə bomba düşəcəyi barədə yalan məlumat vermişdir. Həmin məlumatla bağlı onun yaşadığı ünvana polis əməkdaşları gələrək onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişdir. O, polis şöbəsinə gətirilərkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, əməlindən səmimi peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2016-ci ildən DİO-da, 2021-cı ildən isə Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçı vəzifədə işləyir. Gədəbəy rayonu, Qalakənd kənd sakini Şəxs rayonun mərkəzinə bomba düşməsi barədə FHN-nin “112” xidmətinə verdiyi məlumat əsasında 26.02.2022-ci il tarixdə saat 17 radələrində əməliyyat qrupunun üzvləri əməliyyat müvəkkili Hikmət İsgəndərov, sürücü Aqşin Abdullayev və sahə rəisi Samral Nağızadə ilə Şəxs yaşadığı ünvana getmişlər. Şəxs onları görüb “Əmirxanımı müdafiə etməyə gəlmisiz”-deyib polisin və dövlət orqanlarının ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. X1 məhkəmə iclasında X3nun ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. X2 məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 26 fevral 2022-ci il tarixdə Gədəbəy RPŞ-nin sahə rəisi Adil Mehdiyev tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, 26.02.2022-ci il tarixdə, saat 17:00 radələrində Gədəbəy rayonu Qalakənd kənd sakini Şəxs ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 26.02.2022-ci il tarixdə, saat 17:00 radələrində Gədəbəy rayonu Qalakənd kənd sakini Şəxs ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdə olan məlumat vərəqəsindən görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, ikinci dərəcəli əlilliyinin olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-54/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-54/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver