Məhkəmə qərarları › İş №3(042)-55/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-55/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-55/2021 24.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 nümayəndəsi X5 iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 inzibati tənbehin verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 rəisi, X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 264.0.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli, MN ******* nömrəli qərarı ilə İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat inzibati qaydada cərimə edilmişdir. Lakin onun qərardan xəbəri olmamışdır. O, Gədəbəy rayon İcra və Probasiya şöbəsinə çağırılan zaman cərimədən xəbəri olmuşdur. Çirkab sularının axıdılması əsas gətirilərək onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, o, heç bir zaman kənd ərazisindən keçən çaya çirkab suyu axıtmamışdır. Ona görə barəsində olan inzibati qərar əsassız hesab edir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 nümayəndəsi X9 izahat verərək bildirdi ki, X2 çirkab sularının çaya axıdılması ilə bağlı qaynar xəttə şikayət olunmuş, bələdiyyə və icra nümayəndəsi vasitəsi ilə şikayət olunan əraziyə baxış keçirilmiş, çirkab sularının çaya axıdılması müəyyən edilmiş və X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əraziyə baxış keçirilən zaman M.Vəliyev evdə olmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 rəisi, X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 264.0.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə şikayətə baxarkən ilk növbədə qeyd edir ki, X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. X4 məhkəmə iclasında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, çağırılmamış, izahatı alınmamışdır. Buna baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs qeyd olunan xüsusatlara fikir verməmiş və inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlamadan X2 İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla da, məhkəmə hesab edir ki, X2 əməlində İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X8 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar