Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-55/2022 28.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 25.02.2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ünvanlı-ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayır. Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini X6 onun arvadıdır. O, 25.02.2022-ci il tarixdə, saat 17:00 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndində spirtli içki qəbul etmişdir. Həmin gün evə gəlmişdir. Evə gəldikdən sonra yerə tökülmüş ot kiplərini yandırmışdır. X11 ilə aralarında ailə daxili narazılıq yaranmış və səs-küy salmışdır. Bundan sonra arvadı onu DİN-nin 102 xidmətinə şikayət etmiş və polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, əməlindən səmimi peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 25.02.2022-ci il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında əməliyyat qrupunda olarkən saat 21:21 radələrində DİN-nin 102 xidmətindən Böyük Qaramurad kənd sakini X3 əri İqbalın içkili halda yaşadığı evdə münaqişə yaradıb, narahatçılıq etməsi barədə məlumat alıb əməliyyat qrupunun üzvləri İTB-nin sahə rəisi polis mayoru Kənan İsgəndərov, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Vüsal Yusifzadə, İTB-nin polis nəfəri Nadim Məmmədov və sürücü polis nəfəri polis serjantı Səyavuş Musayevlə birlikdə göstərilən ünvana getmişlər. Həmin ünvana gedəndə Şəxs sərxoş vəziyyətdə evinin həyətində olan ot bağlamasının bir neçəsini yandırdığını, eyni zamanda yaşadığı evdə münaqişə edib nalayiq söyüşlər işlətməsini görüb onu nizam-intizama etmişlər. Lakin Şəxs öz xoşagəlməz hərəkətlərini davam etdirərək ünvanlı-ünvansız nalayiq söyüşlər işlətdiyindən Şəxs polis şöbəsinə gətirmişlər. X1 və X9 məhkəmə iclasında X2nun izahatı ilə eyni məzmunlu ifadə verdilər. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 25 fevral 2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Nəsimi Əliyev tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.02.2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 25 fevral 2022-ci il tarixdə, saat 23:15 radələrində orta dərəcəli sərxoş olmuşdur. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, inzibati xəta haqqında protokolda Şəxs polisin qanuni tələbinə tabe olmaması ilə əlaqədar xüsusuatlar qeyd edilməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs 25.02.2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etiraf edici izahatı, şahidlərin ifadəsi, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-55/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-55/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver