Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-55/2024 29.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Bakı-Qazax yolunun 380-ci km İX X7 xidməti inspektoru Qoşqar Məmmədovun xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı-Qazax yolunun 380-ci km İX X7 Xidməti inspektoru Qoşqar Məmmədovun xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, İX X7 Xidməti inspektoru polis baş serjantı Qoşqar Məmmədovun vəzifəsindən sui istifadə edərək, qanunsuz əməllər törətdiyinə görə barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Şəmkir Rayon Prokurorluğuna göndərilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, Qalakənd kəndində yaşayır. Onun “X6 C30 minik” markalı **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. 04 mart 2024-cü il tarixdə saat 8 radələrində Bakı-Qazax yolunda nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman onu Şəmkir postunda İX X7 Xidməti inspektoru polis baş serjantı Qoşqar Əhmədov saxlamışdır. O, maşını saxlayandan sonra Qoşqar Əhmədov onun spirtli içki qəbul edib-etməməsini alkotester vasitəsi ilə yoxlamış, onun spirtli içki qəbul etməsini bildirmiş və bundan sonra onun maşınını postun ərazisində yerləşən duracağda yerləşdirmiş, barəsində protokol tərtib etmişdir. O, içkili olmadığını bildirsə də, barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələri ilə protokol tərtib etmiş, bundan sonra 400 manat miqdarında cərimə edilmişdir. O, müstəqil şəkildə həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Norkoloji X5 müraciət etmiş, onun sərxoş olub-olmaması barədə rəy verilməsini xahiş etmişdir. O, müayinədən keçmiş, xx.xx.2024-cü il tarixdə saat 11-26 radələrində sərxoş olmaması barədə rəy verilmişdir. Onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərardan şikayət verərək ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X3 görünür ki, 04 mart 2024-cü il tarixdə Gədəbəy rayonu, Qalakənd kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan qərarından şikayət verilmiş şəxs tərəfindən təqdim edilmiş CD diskə edilmiş baxış zamanı müəyyən edilmişdir ki, şikayət verimiş şəxs spirtli içki qəbul etdiyini təsdiq edir. İşdə olan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 04 mart 2024-cü il tarixdə saat 11-26 dəqiqədə X1 ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə-əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddəyə edilmiş Qeydin birinci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şikayətçi 04 mart 2024cü il tarixdə saat 8 radələrində polis əməkdaşı ilə söhbət zamanı spirtli içki qəbul etdiyini etiraf etmişdir. Həmin tarixdə saat 11-26 dəqiqədə şikayətçi özü tibbi narkoloji müayinədən keçmiş, narkoloq onun ayıq olduğu barədə rəy vermişdir. Məhkəmə nəzərə alır ki, şikayətçi müayinəyə polis əməkdaşı tərəfiundən saxlanıldıqdan bir neçə saat sonra müraciət etmişdir və rəydə şikayətçinin qanında alkoqolun konsentrasiyası deyil, ayıq olduğu göstərilmişdir. Bu hal isə şikayətçinin qanında qanunda nzərdə tutulmuş miqdardan artıq miqdarda alkoqol olmasını təkzib edən hal kimi qiymətləndirilməməlidir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-55/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-55/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver