Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-56/2024 06.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəmyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus Mersedes 260 markalı, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Novosaratovka-Gədəbəy avtomobil yolunda hərəkətdə olan zaman yolun Gədəbəy rayonu Gərgər kəndinin mərkəzindən keçən hissəsində qarşı hərəkət zolağına çıxmaqla həmin hərəkət zolağı ilə hərəkətdə olan X4 BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi MİTSUBİSHİ L200 markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehityyatsızlqıdan yanında olan sərnişin X1 sol gözün üst qapağının əzilmiş cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, MİTSUBİSHİ L200 markalı avtomobildə olan sərnişin X2 alt çənənin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş və X6 məxsus MİTSUBİSHİ L200 markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4350 (dörd min üç yüz əlli) manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə 100-150 qram spirtli içki qəbul etmiş və həmin gün özünə məxsus Mersedes 260 markalı, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonou, Novosaratovka kəndinə getmişdir. O, həmin gün Novosaratovka kəndindən evinə qayıdarkən Gərgər kəndi ərazisində ötmə əməliyyatı etmək istəmiş, bu zaman X4 idarə etdiyi MİTSUBİSHİ L200 markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşma baş vermişdir. Toqquşmadan sonra olanları xatırlamır. Əməlindən peşmandır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol nəqliyyatı hadisəsi üzrə sürücülər Şəxs və X4 əməllərində cinayət tərkibi olmadığı üçün onların barələrində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərar alınmışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllə nin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirilmiş, zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Yəni, ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-56/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-56/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver