Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-57/2021 08.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Gədəbəy rayonu, Komintern kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(042)-541/2015 saylı icra sənədinə əsasən, Şəxs xx xxxxx 2015-ci il tarixdən başlayaraq, xx xxxx 2011-ci ildə anadan olmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq X2 verilməlidir. İcra sənədi xx xxxxxxx 2015-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, buna baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən borc əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(042)-541/2015 saylı icra sənədinə əsasən, Şəxs xx xxxxx 2015-ci il tarixdən başlayaraq, xx xxxx 2011-ci ildə anadan olmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq X2 verilməlidir. İcra sənədi xx xxxxxxx 2015-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, buna baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu aliment məbləğindən əlavə hər ay 80-100 manat ödəniş edir. Buna baxmayaraq borclunun əvvəllər yığılmış 2420 manat borcu yaranmışdır. Tələbkar onu tələb edir. Borcluya 2420 manat aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(042)- 541/2015 saylı icra sənədinə əsasən, ondan xx xxxxx 2015-ci il tarixdən başlayaraq, xx xxxx 2011-ci ildə anadan olmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq X2 verilməlidir. O, işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. O, hər ay borcundan 180-200 manat ödəniş edə bilər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 180 manat ödəniş etmişdir. Onun hal-hazırda 2420 manat aliment borcu vardır. O, aliment ödəməkdən boyun qaçırmır və hər ay aliment borcundan mütəmadi ödənişlər etməklə borcunu tam bağlayacağına söz verir. O, bu barədə məhkəməyə yazılı iltizam da təqdim etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi S.N.Səmədzadə məhkəmə iclasında bildirdi ki, Şəxs aliment borcunu ödəmişdir. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində qərəzlilik yoxdur. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1091/2017 saylı icra sənədinə əsasən, xx xxxx 2017-ci il tarixdən başlayaraq, Şəxs xx xxxxx 2015-ci il tarixdən başlayaraq, xx xxxx 2011-ci ildə anadan olmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq ona verilməlidir. O, borclunun ona olan aliment borcunundan ödənişlər edərsə, onun həbs olunmasını istəmir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(042)-541/2015 saylı icra sənədinə əsasən, Şəxs xx xxxxx 2015-ci il tarixdən başlayaraq, xx xxxx 2011-ci ildə anadan olmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq X2 verilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu tələbkara olan aliment borcundan müəyyən ödənişlər etmişdir. Bu hal isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-57/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-57/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver