Məhkəmə qərarları › İş №3(042)-58/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-58/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-58/2021 19.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi şikayət vermiş şəxs X1 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin rəisi X7 tərəfindən yanğından mühafizə qaydalarının pozmasını əsas gətirilərək ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 200 manat miqdarında cərimə tənbehi tətbiq edilmişdir. Lakin o, evində ayaqyolu və hamam olmadığı üçün özünə məxsus fərdi yaşayış evinin eyvanından artırma etmiş və haman tualet düzəltmişdir. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin əməkdaşları əraziyə gəlmiş, müəyyən etmişlər ki, həmin binanın üzərindən və yaxınlığından yüksək gərginlikli elektrik xətləri və yüksək təzyiqli qaz kəməri keçmir. Lakin bununla belə onun evində hamam tualet olmaması, tənha yaşaması, yaşlı qadın olması nəzərə alınmamış və ona 200 manat miqdarında inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında şikayətə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən tikinti aparılan ərazidə olmuşlar. Əraziyə baxış zamanı müəyyən edilmişdir ki, X4 tikinti qaydalarını pozmaqla tikinti işləri aparmış, həmçinin yanğından mühafizə qaydalarının pozmuşdur. Yəni, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən 200 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Aktın surətindən görünür ki, 14-saylı Dövlət yaşayış binası Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşir, dövlət yaşayış binası 2-mərtəbəli, 2-girişli və 16-mənzildən ibarətdir, dövlət yaşayış binası mişar daşından inşa olunub və dam örtüyü taxta konstruksiya üzərinə vurulmuş metal təbəqədən ibarətdir. Dövlət yaşayış binasının üzərindən və yaxınlığından yüksək gərginlikli elektirk xətləri və yüksək təzyiqli qaz kəmərləri keçmir, sağ, qarşı və sol tərəflərindən torpaq örtüklü avtomobil yolu keçir, arxa tərəfi sözügedən binanın həyətidir,dövlət yaşayış binasının qarşı tərəfində vətəndaş X5 tərəfindən müvafiq İcra Orqanlarından razılığı olmadan metal dirəklər üzərində binanın ikinci mərtəbəsi səviyyəsidən başlayaraq binaya bitişik uzunluğu 5,6 metr və eni 2,0 metr ölçüdə mişar daşı ilə əlavə tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Yanğın X2 Qanunun 3.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və.s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, şikayət vermiş şəxs X4 eyvanından tikilinin artırılması zamanı konkret olaraq, hansı yanğından mühafizə qaydalarına riayət etməli olduğu ona izah edilməmiş, həmçinin onun yanğından mühafizə qaydalarını da pozması müəyyən edilməmişdir. Bu hal Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktla təsdiq edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, dövlət yaşayış binasının üzərindən və yaxınlığından yüksək gərginlikli elektirk xətləri və yüksək təzyiqli qaz kəmərləri keçmir. Məhkəmə qərar qəbul edərkən o halı da nəzərə alır ki, X4 ahıl yaşındadır və tənha yaşayır. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Nəzarəti İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar