Məhkəmə qərarları › İş №3(042)-59/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-59/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-59/2021 10.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayon Çanaqçı kəndində yaşayan, əvvəllər məhkum edilməmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu Çanaqçı kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlərlə söyməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy Rayon Çanaqçı kənd icra nümayəndəliyinə getmiş, işsiz olduğu üçün iş ilə təmin olunmasını istəmişdir. Lakin ona iş olmadığı bildirilmişdir. Bundan sonra o, sərxoş və əsəbi olduğu üçün ünvansız söyüşlər söymüşdür. Əməlindən peşman olmuş və ona yüngül tənbeh verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil eyniməzmunlu izahat verərək daha yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy Rayon Çanaqçı kənd icra nümayəndəliyinə getmiş, işsiz olduğu üçün iş istəmişdir. Lakin ona iş verilmədiyi üçün ünvansız söyüşlər söymüş, nümayəndəliyin inzibati binasını yandıracağı ilə hədələmişdir. Məhkəmə iclasında şahid X4 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu Çanaqçı kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlərlə söymüşdür. İşdə olan X1 protokoldan görünür ki, ustafayev Lətif İslam oğlu xx.xx.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. X5 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20:30radələrində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən X5 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmişin və şahidin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu Çanaqçı kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söymüş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, törətdiyi əməli sərxoş vəziyyətdə törətməsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 05 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 2030-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar