Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-59/2022 04.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Topular kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayonu, Topular kənd sakini Şəxs 03.03.2022-ci il tarixdə sərxoş vəziyyətdə onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Topular kəndində qeydiyyatda olmaqla yaşayır. 03 mart 2022-ci il tarixdə günorta vaxtlarında spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə arvadı ilə mübahisə etmiş və yaşadığı evə neft tökərək yandırmışdır. Evi yandırarakən içərisində adam olmamış, spirtli içki qəbul etdiyinə görə nalayiq söyüşlər və ifadələr işlədib polis əməkdaşlarının sözlərinə qulaq asmamışdır. Əməlindən səmimi peşmandır. İçkili olduğuna görə belə hərəkətlərə yol vermişdir. Müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək, Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2016-cı ildən DİO-da, 2021-ci ildən isə Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi vəzifədə çalışır. 03.03.2022-ci il tarixdə saat 15:25 radələrində Böyü Qaramurad kənd sakini X5 əri Şəxs özlərinə məxsus evi yandırması barədə əməliyyat qrupunun üzvləri təhqiqatçı polis polkovnik-leytenantı Əjdər İsgəndərov, əməliyyatçı polis leytenantı Hikmət İsgəndərov, sahə polis nəfəri polis serjantı Nicat Məmmədov və sürücü polis baş serjantı Səyavuş Musayevlə birlikdə göstərilən ünvana getmişlər. Orada Şəxs özlərinə məxsus evi yandırması və sərxoş vəziyyətdə hadisə yerinə toplanmış şəxslərin yanında ucadan arvadı Füqət Əliyevanın ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı və asayişi pozduğunu görüb Şəxs nizam-intizama dəvət etmişlər. Lakin, Şəxs öz xoşagəlməz hərəkətlərin davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmayaraq təxminən 20-25 dəqiqə müddətində öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, Şəxs barəsində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirilmişdir. X3 məhkəmə iclasında X1nun izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan 04 mart 2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.03.2022-ci il tarixdə ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə sərxoş vəziyyətdə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 03.03.2022-ci il tarixdə ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə sərxoş vəziyyətdə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 03 mart 2022-ci il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 mart 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-59/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-59/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver