Məhkəmə qərarları › İş №3(042)-59/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-59/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-59/2023 27.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs katibliyi ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində xx.xx.2023-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə atasından qalmış ov tüfəngi ilə əkin sahəsinə getmiş, və bu zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. O, həmin silahın sənədsiz olmasını bilməmişdir. Ona yüngül tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan bir ədəd 12 mm kalibrli, qoşalülə, lüləsinin üzərində “736”, əl dəstəyinin üzərində “736”, atıcı mexanizminin üzərində “736” nömrəsi həkk edilmiş ov tüfəngi və 4 ədəd patron aşkar edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, bir ədəd 12 mm kalibrli, qoşalülə, lüləsinin üzərində “736”, əl dəstəyinin üzərində “736”, atıcı mexanizminin üzərində “736” nömrəsi həkk edilmiş ov tüfəngi və 4 ədəd patron Şəxs götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silah və patronlarını saxlamışdır. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, bir ədəd 12 mm kalibrli, qoşalülə, lüləsinin üzərində “736”, əl dəstəyinin üzərində “736”, atıcı mexanizminin üzərində “736” nömrəsi həkk edilmiş ov tüfəngi və 4 ədəd patron müsadirə edilməklə ona inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, bir ədəd 12 mm kalibrli, qoşalülə, lüləsinin üzərində “736”, əl dəstəyinin üzərində “736”, atıcı mexanizminin üzərində “736” nömrəsi həkk edilmiş ov tüfəngi və 4 ədəd patron müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar