Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-60/2024 29.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı qərarları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, 500 manat və 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Şəxs borcunu ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı qərarları ilə, o 500 manat və 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O. Fəhləliklə məşğul olur. Maddi imkanı aşağıdır. Ona görə cəriməni ödəyə bilməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)- 212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı qərarları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, 500 manat və 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Şəxs cərimə cəzasını ödəmir. Ona görə də, borclunun Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, 500 manat və 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra edilməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbindən yayınmışdır. İXM-in 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə, 3(042)-212/2021 saylı və xx.xx.2023-cü tarixli, 3(042)-98/2023 saylı qərarları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, 500 manat və 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu borcunu ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki “Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir.” İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir.” Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan göründüyü kimi, inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. İnzibati xəta haqqında materialdan müəyyən olundu ki, icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti yoxlanılmış və nümayəndəlik tərəfindən verilmiş arayışa əsasən borcuya məxsus torpaq sahələrinin olması aşkar edilmiş, lakin torpaq sahələri üzrə borclunun adına hər hansı hüquq müəyyənedici sənədin olub-olmamasının müəyyən edilməsi və borcun həmin əmlaklara yöndəldilməsi üçün əlavə heç bir tədbir görülməmiş və qanunla müəyyən edilmiş digər məcburi icra tədbirlərindən istifadə edilməmişdir. Bununla isə icra məmurunun qərarın icrası üçün bütün imkanlarından istifadə etməsi qənaətinə gəlinə bilməz. Ona görə də, qərarın icrası ilə bağlı icra məmuru tərəfindən qeyd edilən tədbirlər görülmədən borclunun daha sərt tədbir olaraq Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi düzgün deyildir. Eləcə də, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlandıldıqdan sonra borclu tərəfindən icra sənədi iki ay müddətindən icra edilmədikdə, bundan sonra ən geci dörd ay keçənədək borclu barəsində İXM-in 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilməli idi. Lakin icra məmuru qeyd edilən müddət ötürüldükdən sonra inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli, lakin icra məmuru tərəfindən qeyd edilən icra sənədi üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-60/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-60/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver