Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-62/2022 09.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, onun müdafiəçisi X4, zərərçəkmiş şəxslər X5 və X6 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Yenikənd kəndində yaşayan X7 barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 barəsində 09 mart 2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 izahat verərək bildirmişdir ki, 09 mart 2022-ci il tarixdə etibarnamə olmadan avtomobil idarə etmiş, bu zaman polis əməkdaşları onu saxlatdırmış və aralarında anlaşılmazlıq baş vermişdir. Etdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı var. Ona görə də iş qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi X8 çıxış edərək, müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, X7 09 mart 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 idarə etdiyi avtomobilin ön oturacağında azyaşlı uşağı xüsusi avadanlıq olmadan əyləşdirdiyinə görə onu saxlamış və bu zaman müəyyən edilmişdir ki, o, avtomobili etibarnamə olmadan idarə edir. X1 avtomobili cərimə meydançasına aparmasını təklif etsələr də, X7 onları nalayiq söyüşlərlə söymüş, onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də X7 barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X10 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X7 09.03.2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərinə tabe olmamış və ictimai qaydanı pozmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatları, təqdim olunmuş inzibati xəta materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 09 mart 2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini pozmuş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 09 mart 2022-ci il, saat 1240-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-62/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-62/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver