Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-62/2024 14.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 12 mart 2024-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət üzrə aparılan istintaqla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinə çağırılmışdır. Polis Şöbəsinin inzibati binasında və istintaqı aparan müstəntiqin otağında Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə söymüş, o, Zərərçəkmiş şəxs cavab vermişdir. Lakin bu zaman nalayiq söyüşlər söyməmişdir. Polis əməkdaşlarına isə heç bir tabesizlik göstərməmişdir. Ona görə də barəsində olan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək bildirmişdir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, onun barəsində olan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsinə şikayət etmişdir. Onun şikayəti üzrə cinayət işi başlanılmışdır. 12 mart 2024-cü il tarixdə Şəxs ilə üzləşmə istintaq hərəkəti aparılan zaman Şəxs onu nalayiq söyüşlərlə söymüşdür. Polis əməkdaşları ondan söyüş söyməməsini tələb etsələr də , o, tabe olmamışdır. Əlavə olaraq bildirir ki, Şəxs bir müddət əvvəl narkotik vasitələrdən istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16-00 radələrində icraatında olan cinayət işi üzrə üzləşdirmə istintaq hərəkətini aparmaq üçün Şəxs və Zərərçəkmiş şəxs polis şöbəsinə çağırmışdır. Şəxs şöbənin inzibati binasında Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Onu nizam-intizama dəvət etsə də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də onun barəsində qanuni qərar verilməsini xahiş etdir. Məhkəmə iclasında şahiq qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə şğbənin inzibati binasında xidmətdə olmuşdur. Saat 16 radələrində İstintaq Bölməsinin müstəntiqi Nicat Rüstəmov onu yaranmış mübahisə ilə əlaqədar onu xidməti otağına çağırmışdır. Otaqda Zərərçəkmiş şəxs Şəxs təhqir etməsini, Şəxs isə ona cavab qaytarmasını görmüş, Şəxs otaqdan aparmışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X4 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18-15 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən X4 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə ictimai yer olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı müəyyən edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs bir gün tutulması nəzərə alınsın və üzərində qəti olaraq, 09 gün müddətinə həbs saxlanılsın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-62/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-62/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver