Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-62/2025 03.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay əvvəllər məhkum olunmamış, Gəncə şəhər, Kəpəz rayonu, X6 prospekti, ev 13, mənzil 19-da yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası 227-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. 23 oktyabr 2024-cü il tarixində Gəncə şəhərində olarkən, dostları İlham və İsmayıl ilə birlikdə Gədəbəy rayonu Qoşabulaq kəndinə İlhamin dayısının evinə getmişlər.Dayısı evdə olmadıqı üçün onlar geri qaytmişlar.Gecə saat 01 radələrində Gədəbəy rayonu, Nərimankənd kəndində yol kənəraında Qaz-53 yük markalı avtomobilin dayandığını və yük avtomobilinin işiqlarının Varanqler işiqları olmasının görmüşlər. Öz aralarında danışaraq, həmin işiqlları birlikdə oğurlamaq qərarına gəlmişlər. Qaz-53 yük markalı avtomobilin sağ farasının işiqlarını sökərək oğurlamışlar. Əməlindən peşmandır.Odur ki, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Nərimankənd kəndində yaşayır. Onun “Qaz 53” markalı avtomobili vardır. O, avtomobili yaşadığı Gədəbəy rayonu, Nərimankənd kəndində, kəndin axırıncı evinin yanında saxlayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobil ön farasının oğurlandığını görmüşdür. Oğurluq edilmiş əşyalar 3 predmetli olmuşdur. Faranın üzərində və içərisində nikeldən olan dəmir əşyalar olmuşdur. Faranın özü ona qaytarılmış, lakin qalan hissələr qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır tənbeh verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılmış, X1, X2 və Şəxs qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərərk 23 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Gədəbəy rayonu Nərimankənd kəndində avtomobil yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus Qaz-53 markalı 21- BZ-994 dövlət nömrə nişanlı avtomobilin üzərində olan 100 (yüz) manat dəyərində üzərində DOT SAE 07 2019 yazıları olan avtomobilin sağ ön işığını söküb oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmələri müəyyən edilmiş, toplanmış materiallar üzrə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokollar tərtib olunması üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, oğurlanmış əşyanın qiyməti, təxminən, 100 manat miqdarında müəyyən edilmişdir. İşdə olan X5 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 21 radələrində tutulmuşdur. İşdə olan təqsirləndirilən şəxs qisində cəlb etmə haqqında Tovuz RPŞ-nin İB-nin 06 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü madələri ilə təqsirləndirlilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024cü il tarixdə Gədəbəy rayonu, Nərimankənd kəndində xırda talama etmiş və bunlada Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 114.1.1;115 və 117-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 25 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin, onun iki gün tutulması nəzərə alınmaqla üzərində qəti olaraq, 23 gün inzibati həbs saxlanılsın. Həbsdə saxlamanın əvvəli 03 mart 2025-ci il tarixdən, saat 1510-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-62/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-62/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver