Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-63/2021 15.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi X4 iştiraklar ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Topular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Topular kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:45-də və xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə ictimai qaydanı pozarkən asayışı təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, hazırda Gədəbəy rayonu, Topular kəndində yaşayır. xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər, Suqovuşan istiqamətlərində iştirak etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları evdə qardaşı X8 ilə aralarında ailə daxili narazılıq yaranmışdır. Qardaşı Zakir DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra polis əməkdaşları gəlmişdir. O, polis əməkdaşları gəldiyi zaman içkili vəziyyətdə olduğu üçün hərəkətlərini dərk etməmişdir. Ona görə də o əməlindən səmimi peşmandır. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2017-ci ildən DİO-da xidmət etməklə hazırda Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində çalışır. Gədəbəy rayonu, Topular kənd sakini Səfərov Dövran İbrahim oğlunu əvvəllər tanımamaqla onunla düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 2345 radələrində o və sürücü, polis baş serjantı X13 ilə birlikdə Gədəbəy rayonu, Topular kənd sakini X5 102 xidmətinə verdiyi məlumatla bağlı onun yaşadığı ünvanda olan zaman Zahir Səfərovun qardaşı Şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə qardaşı Zahirin dəli olmasını bildirib Zahirin ünvanına nalayiq söyüşlər söymüş və həmçinin onu nizam intizama dəvət edib qanunsuz hərəkətlərinə son qoymağı tələb etsələr də, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Təxminən 10 dəqiqə öz hərəkətlərinə davam etdi. Həmçinin özünün müharibə iştirakçısı, onların isə qorxaq olduqlarını bildirmişdir. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin inzibati binasına gətirmişlər. Şəxs hərəkətlərində açıq-aydın sərxoşluq əlamətləri əks olunduğu üçün tərəflərindən narkoloji müayinəyə təqdim edilmiş, narkoloji müayinə zamanı özünün qeyri səmimi hərəkətlərinə davam edərək şöbənin növbətçi hissəsinin qarşısında - “görün başınıza nə oyun açacam” - deyib, təhqiramiz sözlərlə şöbənin normal iş rejimini pozmağa davam etmişdir. Onun səs-küyünə son qoymaq üçün məsul növbəti polis kapitanı Fuad Cəfərov və qapı postunda xidmət aparan polis serjantı Zabit Orucov Şəxs sakitləşdirmək istəmiş, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq təxminən 10 dəqiqə müddətində şöbənin normal iş rejimini pozmuşdur. X2 məhkəmə iclasında X3nun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs əməlindən səmimi peşmandır. Eyni zamanda Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Odur ki, Şəxs barəsində cərimə inzibati tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy RPŞnin sahə rəisi Əliyev Nəsimi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:45-də və xx xxxxxx 2021ci il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə ictimai qaydanı pozarkən asayışı təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 13 fevraı 2021-ci il tarixdə, saat 00:50 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:45-də və xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə ictimai qaydanı pozarkən asayışı təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 200 manat məbləğində cərimə təyin edilməsini, inzibati xəta törətmiş şəxsin xx xxxxxx 2021-ci il tarixdə, saat 03:40-dan xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00-dək tutulduğu müddət nəzərə alınaraq məsuliyyətin yüngülləşdirilməsi və onun üzərində 50 manat məbləğində cərimə inzibati tənbehi saxlanılması, daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 03:40-dan xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00-dək tutulduğu müddət nəzərə alınsın, ona təyin edilmiş cərimə inzibati tənbehi yüngülləşdirilərək üzərində qəti olaraq 50 manat cərimə inzibati tənbehi saxlansın. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-63/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-63/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver