Məhkəmə qərarları › İş №3(042)-63/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-63/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-63/2022 18.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan vətəndaş Şəxs “VAZ 21013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 332.1 və 346.2-ci maddələri ilə 27.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs İXM-in 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-in 127ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsi tərəfindən 18.02.2022-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayır. O, “VAZ 21013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, nəqliyyat vasitəsinin sahibi tərəfindən ona bir il müddətinə etibarnamə verilmişdir. Lakin, yol polis əməkdaşları isə onun avtomobilini saxlayaraq nəqliyyat vasitəsinə sahiblik hüququnun olmamasına görə cərimə meydançasına aparmış və onun barəsində cərimə edilməsi barədə inzibati xəta haqqında protokol tərtib etmişlər. Belə olan halda onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Ona görə də, cəriməni ödəməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, “VAZ 21013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtobus dayanacağında dayandığına görə xəbərdarlıq etmişlər, sistemdə baxdıqları zaman Şəxs adına olan etibarnamənin ləğv edildiyi müəyyən edilmiş və avtomobil cərimə meydançasına aparılmışdır. Şəxs barəsində İXM-in 332.1 və 346.2-ci maddələri ilə 27.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Daha sonra məlum olmuşdur ki, Şəxs xalası oğlu avtomobili ona etibarnamə vasitəsi ilə satmış, sona isə həmin etibarnaməni ləğv etmişdir. Şəxs və xalası oğlu Gədəbəy rayon Polis şöbəsinə çağırılmış və izahatları alınmışdır. Avtomobilin sahibi avtomobili cərimə meydançasından çıxarıb aparmışdır. Şəxs cəriməni ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə göndərilmiş 18.02.2022-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə edilmiş, barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və bununla da həmin qərar icra edilməmişdir. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: xx.xx.1981-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar