Məhkəmə qərarları › İş №3(042)-63/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-63/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-63/2025 06.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Mirnamiq oğlu və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Gədəbəy rayonu, Saratovka kəndində yaşayan Şəxsh Mirnamiq oğlu barəsində Gədəbəy RPŞ-dən Azərbaycan Respublikası İXM-nin 327.1; 327.2. və 333.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxsh Mirnamiq oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1; 327.2. və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəmyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsh Mirnamiq oğlu izahat verərək, bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus Vaz 21103 minik markalı **-BT-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndinin mərkəzindən keçən hissəsində qarşı hərəkət zolağına çıxmış, nəticədə həmin hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi 21015 markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşma baş vermişdir. O,əməlindən peşmandır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Novosaratovka-Gədəbəy avtomobil yolunda hərəkətdə olan zaman Vaz 21103 minik markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət zolağlndan çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuş, ona maddi zərər dəymişdir. Lakin ona dəymiş zərər tam ödənilmişdir.Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsh Mirnamiq oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 321.;327.2. və 333.3-cü maddələri ilə tərtib edilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16-30 radələrində Şəxsh Mirnamiq oğlu BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus Vaz 21103 minik markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Novosaratovka-Gədəbəy avtomobil yolunda hərəkətdə olan zaman Gədəbəy rayonu, Qızıltorpaq kəndinin mərkəzindən keçən hissəsində qarşı hərəkət zolağına çıxmaqla həmin hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Vaz 21015 markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşma törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs 580 manat maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsh Mirnamiq oğlu nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə, yol hərəkəti qaydalarını pozmuş, nəqliyyat vasitəsini qarşı hərəkət zolağına çıxarmış, nəticədə toqquşma baş vermiş və zərərçəkmişə maddi zərər yetirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1; 327.2. və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxsh Mirnamiq oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxsh Mirnamiq oğlu Azərbaycan Respublikası İXM-nin 327.1; 327.2. və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar