Məhkəmə qərarları › İş №3(042)-66/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-66/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-66/2025 01.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə xx xxxx 1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gədəbəy rayonunda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası DİN Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonunda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 40 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Şəxs qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində 07 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, məhkəmə baxışının təxirə salınması ilə bağlı məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İşdə olan qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat miqdarında cərimə olunmuşdur. İşdə olan sənəddən görünür ki, Şəxs cəriməni ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödədiyindən başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin, Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar