Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-68/2024 15.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Qozqaralı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 14 mart 2024-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə Gədəbəy RPŞ-nin əməkdaşı Vüsal Aliyev onu axtarış işi ilə əlaqədar polsi şöbəsinə çağırmışdır. 14 mart 2024-cü il tarixdə o, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı Vüsal Alıyevin otağına daxil olmuş, əsəbi halda uca səslə narazılığını bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, Gədəbəy Rayon Polis Şöbəsində axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 mart 2024-cü il tarixdə icraatında olan axtarış işi ilə əlaqədar Gədəbəy rayonu, Qozqaralı kənd sakini olan Şəxs Gədəbəy RPŞ-ə çağırmışdır. Həmin gün saat 11:30 radələrində Şəxs İsmayıl oğlu onun otağına daxil olmuş və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onu nizam-intizama dəvət etsə də o, tabe olmamış, şöbənin iş rejimini pozmuşdur. Ona görə də, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X3 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20-45 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən X3 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024cü il tarixdə ictimai yer olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı müəyyən edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 05 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 14 mart 2024-cü il tarix saat 20-45 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-68/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-68/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver