Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-7/2023 12.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 barəsində İXM-in 154.1 və 152-2.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2012-ci il tarixli, DYP 462751 nömrəli protokola görə 250 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. X4 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək Gədəbəy rayon Polis şöbəsinin DYP-nin xx.xx.2012-ci il tarixli, 462751 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 327.6 və 327.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun “Vaz 21011” markalı avtomobili olmuş, təxminən 10 il müddət olar ki, həmin avtomobili satmışdır. Gədəbəy rayon Polis şöbəsinin DYP-nin əməkdaşının xx.xx.2012-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Bu barədə ona heç bir məlumat və qərar, eləcə də həmin cərimənin ödənilməsi ilə bağlı heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. O, barəsində qeyd edilən cərimənin olmasını sürücülük vəsiqəsini dəyişdirmək istədikdə bilmişdir. Onun cərimə edilməsi barədə qərarın qəbul edilməsindən 10 il 7 ay müddət keçmişdir. Barəsində cərimə olunması haqqında protokolun tərtib edilməsi barədə arayışı Gədəbəy rayon Polis şöbəsindən 16 dekabr 2022-ci il tarixdə əldə etmişdir. Odur ki, şikayətinin təmin edilməsinin məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada hazırki məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 nəqliyyat vasitəsini texniki baxışdan keçirilmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsinə görə onun barəsində İXM-in 154.1 və 152-2.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 250 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Gədəbəy RPŞ DYPB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzi məlumat serverində yoxlama zamanı Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan X2 barəsində tərtib edilmiş xx.xx.2012-ci il tarixli, DYP 462751 nömrəli inzibati protokol üzrə 400 manat məbləğində cəriməsinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X4 nəqliyyat vasitəsini texniki baxışdan keçirilmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsinə görə onun barəsində İXM-in 154.1 və 152-2.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 250 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eləcə də, X1 rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ona təqdim olunmadığını və barəsində cərimə qərarının olmasından xx.xx.2022-ci il tarixdə xəbərinin olduğunu və həmin tarixədək barəsində belə bir qərarın olmasından xəbərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Belə olan halda X4 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə qeyd edir ki, X4 əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və dəyişdirilməsinə heç bir əsas yoxdur. Lakin, məhkəmə qeyd edir ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsindən 10 ildən artıq müddət keçməsinə baxmayaraq, inzibati cərimə icra edilməmişdir. Ona görə də, İXM-nin 146.1-1ci maddəsinə əsasən, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 5 il müddətində icra edilmədiyindən daha icra edilməməli və həmin qərarın icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı 5 il müddətində icra edilmədiyindən qərarın icrasına xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı 5 il müddətində icra edilmədiyindən qərarın icrasına xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-7/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-7/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver