Məhkəmə qərarları › İş №3(042)-7/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-7/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-7/2024 23.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət verilən şəxs Azərbaycan Respublikası DİN-i Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN-i Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-i Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Nağılar kəndində yaşayır. “MAN TGX 18,440 YÜK” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 21 noyabr 2023-cü il tarixdə onun idarə etdiyi “MAN TGX 18, 440 YÜK” markalı, **- BD-*** dövlət qeydiiyat nişanlı avtomobildə Hacıqəbul-Horadiz yolunun 18-ci km-də yol polis əməkdaşları artıq çəkidə yük olması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra ona Azərbaycan Respublikası DİN-i Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 600 manat cərimə olunmasına dair inzibati tənbeh təyin edilmişdir. Barəsində olan qərar qanunsuzdur. Yükü vurarkən avtomobil tərəzidə çəkilmiş və artıq çəki müəyyən edilməmişdir. Ona görə ki, barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, 21 noyabr 2023-cü il tarixdə X1 etibarnamə ilə idarə etdiyi “MAN TGX 18,440 YÜK” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Həmin tərəzi dfövlət standartlarına tam uyğundur, il ərzində iki dəfə yoxlanılır və müəyyən edilmiş çəki dəqiqdir. Şikayətçi yükün vurulması zanmanı tərəzidə çəkildiyini bildirir. Lakin həmin tərəzinin dəqiqliyi şübhə doğurur. Çünki, tərəzinin dövlət yoxlanışlarından keçməsi müəyyən edilməmişdir. Bundan başqa, sürücülər tərəfindən yük vurulduqdan və tərəzidə çəkilişdən sonra da ara məsafədə artıq yük vurulması halları olmuşdur. Şikayətçinin təqdim etdiyi tərəzidə çəkilmə qəbzi də müvafiq aydada tərtib edilməmiş və təsdiq edilməmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan 21 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, X3 barəsində 600 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçi tərəfindən şikayətin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar