Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-70/2021 09.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Hikmət Cəfərli tərəfindən X3 əməllərində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, X3 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X3 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 RPŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Arıqdam kənd sakini keçmiş arvadı X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya Fərqanəni, yetkinlik yaşma çatmayan azyaşlı uşaqları X9 və X10 döyüb xəsarət yetirməsini bildirmişdir. İşlə bağlı araşdırma aparılarkən onun izahatı alınmış, izahatında xx xxxx 2020-ci ildə tarixdə yaşadıqları evdə aravadı Fərqanə və uşaqları Hünbət və Bayram ilə aralarında münaqişə olmasını, həmçinin Bayramın və Hünbətin mobil telefonlarını əsəbiləşib qırsa da, Fərqanəni, Hünbəti və Bayramı vurmadığını bildirmişdir. Gədəbəy rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilmişdir. Bundan sonra ona məlumat verilmədən və xəbəri olmadan barəsində inzibati xəta haqqında iş aparılmış və İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. Onun barəsındə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də o, Gədəbəy rauon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, qərar və inzibati tənbeh vermə haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, qərar icraya yönəldikdən sonra xx xxxxxx 2021-ci il tarixdə cərimənin ödənilməsi icra məmuru tərəfindən tələb olunarkən barəsində belə bir cərimə qərarının olmasını bilmişdir. O, bunun nəzərə alınaraq qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Qərardan narazıdır və qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyir. O, həmçinin zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, X3 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X8 İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx xxxx 2020ci il tarixdə keçmiş həyat yoldaşı X8 ilə aralarında münaqişə yarandığına görə Gədəbəy rayon Polis şöbəsinə şikayət etmişdir. İş üzrə araşdırma aparılmış və X8 İXM-nin 157-ci maddəsi ilə cərimə edilmişdir. O, hal-hazırda Asifdən hər hansı şikayət və ya tələbi yoxdur. Eləcə də, Asiflə barışmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X2 rayon Polis şöbəsinin rəisi Mehman Həşimov tərəfindən İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək X8 ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Belə olan halda İXM-nin tələblərinə əsasən X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-70/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-70/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver