Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-70/2023 21.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Polis X4 Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından Gədəbəy Rayon Prokuroru Əli Babayev tərəfindən verilmiş protestə baxaraq, MÜƏYYƏN ETDİM: Gədəbəy Rayon Polis X4 Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından Gədəbəy Rayon Prokuroru Əli Babayev protest verərək, həmin qərarın ləğv edilməsini və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Gədəbəy Rayon Polis Şöbəsinin X1ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək, belə hesab edir ki, qərardan verilmiş protest geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2, 54.3 və 54.6-cı maddələrinin hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir. Beləliklə prokurorun protest vermək hüququ qeyd edilmiş qərarda göstərilmişdir. Yəni, hazırki iş üzrə prokurorun qərardan protest vermək hüququ nəzərdə tutulmamışdır. Ona görə də Gədəbəy Rayon Polis X4 Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından Gədəbəy Rayon Prokuroru Əli Babayev tərəfindən verilmiş protest geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: Gədəbəy Rayon Polis X4 Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından Gədəbəy Rayon Prokuroru Əli Babayev tərəfindən verilmiş protest geri qaytarılsın. Hakim:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-70/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-70/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver