Məhkəmə qərarları › İş №3(042)-71/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-71/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-71/2022 30.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Nərimankənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində 02.03.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, həmin silah onun babasından qalmışdır. O, evi axtararkən həmin silahı tapmış, heyvan otararkən üzərində aparmışdır. Bundan sonra polis əməkdaşları silahı ondan götürmüş və polis şöbəsində araşdırma aparmışlar. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.03.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanmışdır. İşdə olan Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Gədəbəy rayonunun Nərimankənd kənd sakini X1 götürülmüş bir ədəd qoşa lülə 16 kalibrli, lüləyində N10249 və əl dəstəyində 10249, çaxmaq hissəsində 10249 yazısı həkk olunmuş bir ədəd ov tüfəngi, Şəxs isə bir ədəd lüləyində “Nİ 89540" və əl dəstəyində 80249-55, çaxmaq hissəsində 2735-56 yazısı həkk olunmuş bir ədəd qoşalülə ov tüfənginin Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinin silah anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah saxlamışdır. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, bir ədəd 16 mm kalibrli “Q22393 markalı, 10313H” nömrəli təklülə tüfəng müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, bir ədəd lüləyində “Nİ 89540" və əl dəstəyində 80249-55, çaxmaq hissəsində 2735-56 yazısı həkk olunmuş bir ədəd qoşa lülə ov tüfəngi müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar