Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-76/2021 31.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 Gədəbəy rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X1 inzibati tənbehin verilməsi haqqında 15 avqust 2017-ci il tarixli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X1 inzibati tənbehin verilməsi haqqında 15 avqust 2017-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı həyətdə fərdi yaşayış evi tikir. Yaşayış evi üçmərtəbəlidir və cəmi hündürlüyü 6 metrdən yuxarıdır. Onun tikinti apardığı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Gədəbəy rayon İcra Hakimiyyətindən icazə almalı olmasını bilməmişdir. Onun xəbəri olmadan Gədəbəy rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X4 onun barəsində 500 manat cərimə yazmışdır. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayəti təmin edilməmişdir. Lakin həmin qərar ədalətsiz qərardır. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(042)-182/2017 saylı qərarının surətindən görünür ki, X6 Gədəbəy rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X1 inzibati tənbehin verilməsi haqqında 15 avqust 2017-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(104)-16/2018 saylı qərarının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(042)-182/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, X3 rayonu İcra Hakimiyyətinin yanında İnzibati Komissiyanın sədri X1 inzibati tənbehin verilməsi haqqında 15 avqust 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 həmin qərardan 2017-ci il tarixdə şikayət vermiş, lakin Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(042)-182/2017 saylı qərarı ilə hənin qərardan verdiyi şikayət təmin edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, inzibati göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-76/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-76/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver