Məhkəmə qərarları › İş №3(042)-77/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-77/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-77/2021 03.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Gərgər kəndində yaşayan, əvvəllər məhkum edilməmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Gərgər kəndində yaşayan nənəsi Sərxoş Nağıyevanın evinin qarşısında ucadan nalayiq söyüşlər söyməsi və Sərxoş Nağıyevaya məxsus fərdi yaşayış evinin qapı və pəncərələrini sındırması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonunun Gərgər kəndi ərazisində nənəsinin yaşadığı fərdi yaşayış evinin pəncərə və qapısını sındırmışdır. Bu zaman sərxoş olduğundan nalayiq söyüşlər söymüşdür. Etdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 eyniməzmunlu izahat verərək, daha yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonunun Gərgər kəndi ərazisində nənəsinin yaşadığı fərdi yaşayış evinin pəncərə və qapısını sındırmışdır. Bu zaman sərxoş olduğundan nalayiq söyüşlər söymüşdür. O, mütəmadi sərxoş vəziyyətdə ahıl yaşda olan nənə və babasını döyür, onlara məxsus fərdi yaşayış evinin qapı və pəncərələrini sındırır və kənd camaatı ilə mübahisələr edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Gərgər kəndində yaşayan nənəsi Sərxoş Nağıyevanın evinin qarşısında ucadan nalayiq söyüşlər söymüş və Sərxoş Nağıyevaya məxsus fərdi yaşayış evinin qapı və pəncərələrini sındırmışdır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021ci il tarixdə saat 00:30-da tutulmuşdur İşdə olan şərxoşluğun müayinəsi haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(042)368/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1 və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Gərgər kəndində yaşayan nənəsi Sərxoş Nağıyevanın evinin qarşısında ucadan nalayiq söyüşlər söymüş, yəni, ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs eyni əməli il ərzində təkrar törətməsi və əməli törədərkən sərxoş vəziyyətdə olması ona təyin ediləcək tənbehi ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, inzibati xəta əməlini sərxoş vəziyyətdə törətməsini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 0030-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar