Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-78/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, X1 Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından daxil olmuş şikayət üzrə X1 ərizəsinə və iş materiallarına baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materiallardan görünür ki, Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi, X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 518.3-cü maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx xxxx 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. X4 xx xxxx 2021-ci il tarixdə məhkəməyə ərizə-vəsatət verərək, O, Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsi ilə razılığa gəldiyini bildirmiş, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcud olduqda inzibati tənbeh verilməsi haqqında qərardan şikayət geri qaytarılır. Məhkəmə hesab edir ki, X4 tərəfindən Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından daxil olmuş şikayət üzrə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X4 tərəfindən Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından daxil olmuş şikayət üzrə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-78/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-78/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver