Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-78/2023 07.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində iş üzrə icraat aparılan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş X4 materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə Regional X3 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-cü maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. X4 materialdan görünür ki, planlı yoxlama zamanı obyektin əsaslı təmiri yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X3 Xidməti ilə razılaşdırılmamış, şirkətin texniki təmir generator sexində sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonlar saxlanılır. Aşındırma işləri sahəsində açıq alovdan istifadə olunur. Obyektin çardaq hissəsində olan taxta konsturiktiv elementləri oda davamlı məhlulla hoplandırılmayıb. Çən parkında yerləşən yanacaq çənləri günəş şüasından qorunması üçün açıq rənglə boyanmamışdır. Barəsində iş üzrə icraat aparılan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, obyektin çardaq hissəsində olan taxta konsturiktiv elementləri oda davamlı məhlulla hoplandırılmışdır. Yoxlama zamanı bəzi çatışmazlıqları olmuş, həmin çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülür. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan X4 Protokoldan görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” yoxlama aparılarkən pozunt halları aşkar olunmuş və bu barədə X4 protokol tərtib edilmişdir. İşdə olan X2 görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” yoxlama aparılarkən pozunt halları aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” yoxlama aparılarkən pozunt halları aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” nümayəndəsi pozuntu hallarının olmasını etiraf etmiş və həmin pozuntuların aradan qaldırılması barədə işlər görülməsini bildirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinməli və 400 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və 400 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-78/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-78/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver