Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-79/2025 15.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə Regional X8 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə Regional X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus qızıl emalı zavodunda xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinəsi zamanı “X1 № 01-2001”-in bənd 1.9.12; bənd 9.3-cü qaydalarının pozulması aşkar olunduğuna görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə Regional X8 İdarəsi Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, özlərini təqsirli bilirlər. Onlar şirkət olaraq göstərilən nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər görürlər. Yaxın günlərdə həmin nöqsanları aradan qaldırılacaqdır. Yanğın nəzarət siqnalizasiya xidmətinin quraşdırılması 10 günə və ya 1 həftəyə kimi yekunlaşacaqdır. Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə 14 fevral 2025-ci il tarixdə siqnalizasiya quraşdırılması barədə müqavilə bağlanılmışdır. Odur ki, barəsində icraat aparılan şirkət Gədəbəy rayonunun ictimai həyatında fəal iştirakına və digər şirkətlərə nisbətən daha çox vergi ödəyən şirkət olduqlarına görə şirkətin cərimə edilməməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə Regional X8 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus qızıl emalı zavodunda xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinəsi zamanı YTQ № 01-2001, bənd 1.9.12; bənd 9.3 pozulması aşkar edilmiş və İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda şirkət nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür. Siqnalizasiya çəkirlər, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti ilə Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında müqavilə bağlanmışdır. Əlavə yerlərə də siqnalizasiya çəkilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsləri dinləyib, belə nəticəyə gəlir ki, Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməli İXM-nin 518.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə iş materiallarında olan; - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus qızıl emalı zavodunda xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinəsi zamanı “X1 № 01-2001”-in bənd 1.9.12; bənd 9.3-cü qaydalarının pozulması aşkar edilmişdir. - Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə Regional X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 1170 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus qızıl emalı zavodunda yanğın təhlükəsizlik qaydaları pozulmuşdur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək və s. vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Bununla da, məhkəmə hesab edir ki Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə və bu cərimə şərti olaraq tətbiq edilməli və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə şirkət bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-79/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-79/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver