Məhkəmə qərarları › İş №3(042)-8/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-8/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-8/2022 10.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, zərərçəkmişlər X5, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Əyrəvəng kəndində yaşayan, əvvəllər məhkum edilmiş Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələr ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 09 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmiş, izahat verərək bildirmişdir ki, 09 yanvar 2021-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı kənddə nalayiq söyüşlər söymüşdür. Sərxoş olduğundan polis əməkdaşları gəldiyi zaman polis əməkdaşlarının tələblərinə də məhəl qoymamış, etdiyi hərəkətləri bilməmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək, bildirmişdir ki, 09.01.2022-ci il tarixdə Gədəbəy rayon Alnabat kənd sakini X1 ərizəsi ilə əlaqədar araşdırılma aparılması üçün Şəxs Gədəbəy Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman Şəxs sərxoş olduğu üçün kəndin mərkəzində ünvansız nalayiq söyüşlər söymüş, onları və digər polis əməkdaşlarını təhqir etmiş, onların tələblərinə məhəl qoymamışdır. Ona görə də onun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 eyniməzmunlu izahat vermişlər. İşdə olan 09 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 09 yanvar 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 09 yanvar 2021-ci il tarixdə saat 22-00-da tutulmuşdur. İşdə olan sərxoşluq hallarının müayinəsi protokolundan görünür ki, Şəxs 09 yanvar 2021-ci il tarixdə orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, daxili inamına əsasən belə nəticəyə gəlir ki, Şəxs 09 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1. və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun əvvəllər məhkum edilməsini və inzibati xəta əməlini sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinini sanksiyası həddində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 09 yanvar 2021-ci il saat 22-00 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar