Məhkəmə qərarları › İş №3(042)-8/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-8/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-8/2025 06.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə xx.xx.1974-cü ildə Gədəbəy rayonunun İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonunun İnəkboğan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 525-ci maddəsi ilə çıxarılmış inzibat xəta haqqında qərar daxil olmuşdur. Məhkəmə iclasında Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X4 qərarı müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 16-17 radələrində Gədəbəy rayonu, Qasımlı kəndində yerləşən çayın yaxınlığında X11, X7, X1, X5 və X6 ilə qumar oyunu oynamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində ilə nəzədə tutulmuş qumar oynunda iştirak etmə inzibati xətasını törətmişdir. İş üzrə götürülmüş pul vəsaitləri cinayət işi üzrə icraatla əlaqədar məhkəmə ekspertizasına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışının təxirə salınması ilə bağlı məhkəməyə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan səndələrdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 oktyabr 2024-cul il tarixdə Gədəbəy rayonu, Qasımlı kəndində qumar oyununda iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə və oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə Gədəbəy rayonu, Qasımlı kəndində yerləşən çayın yaxımlığında qumar oynamış, yəni, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də ona 3000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə qərar çıxararkən nəzərə alır ki, iş üzrə pul vəsaitləri cinayət işi üzrə sübut əhəmiyyətinə malikdir və icraatla əlaqədar məhkəmə ekspertizasına göndərilmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar