Məhkəmə qərarları › İş №3(042)-80/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-80/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-80/2022 01.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsi ilə X11 protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, X7 ona məxsus Gədəbəy şəhəri, H.Əliyev prospektiti ünvanında yerləşən “Moda BU” obyekti üzərində reklam haqqında qanunun tələblərini pozmuş, yəni, açıq məkanda qanunvericilik aktlarının tələblərini pozmuişdur. Ona görə də, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsi ilə X11 protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində X11 iş üzrə icraat aparılan X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə olan yazılı Göstərişdən görünür ki, Gədəbəy şəhəri, X6 yerləşən “Moda Bu” obyekti üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsidə nəzərdə tutulmuş qaydada müvafiq icazə alınması üçün Azərbaycan Respublikası Dövlət Reklam - X4 Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İşdə olan X11 Protokoldan görünür ki, X1 şəhəri, H.Əliyev prospektində yerləşən “Moda Bu” üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla reklam yayımlayır. İşdə olan şəkildən görünür ki, “Moda Bu” üzərində reklam var. Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 şəhəri, H.Əliyev prospektində yerləşən “Moda Bu” üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə icazə olmadan) “Moda Bu” obyektinin fasadında reklam yayımlamış, bununla da Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. X7 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu üçün o, vəzifəli şəxs hesab edilməlidir. Ona görə də X7 Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası həddində 1500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İXM-nin 428.7.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar