Məhkəmə qərarları › İş №3(042)-83/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-83/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-83/2022 08.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X15 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4 və "xxxx" X3 direktoru X8 iştirakları ilə, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X15 Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs direktoru, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə X14 protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X15 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndi, “Düzyurd” restoranının sol təfində yerləşən "xxxx" X5 məxsus Yanacaq Doldurma məntəqəsində 14-18.03.2022-ci il tarixlərində sahibkarlıq sahəsində aparılan araşdırmaların vahid məlumat reystrinin “Çıxarışına” əsasən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. 14.03.2022-ci il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və o, tərtib olunmuş yoxlama aktına, eləcə də inzibati protokola imza etməkdən imtina etmişdir. Ona görə də "xxxx" X3 direktoru, vəzifəli şəxs X11 barəsində qanuni qərar qəbul edilmişdir. Məhkəmə iclasında "xxxx" X3 direktoru X11 izahat verərək, bildirmişdir ki, "xxxx" X2 mərhum əri tərəfindən təsis edilmişdir. Əri öldükdən sonra müəssisənin sənədlərini heç kimə təqdim etməmişdir. Lakin sənədləri təqdim etməkdən imtina etmir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Əmrdən Çıxarışdan görünür ki, X11 "xxxx" X1 vəzifəsinə təyin edilmişdir. İşdə olan Müayinə Aktının surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndi, “Düzyurd” restoranının sol təfində yerləşən "xxxx" X5 məxsus Yanacaq Doldurma məntəqəsində 14-18.03.2022-ci il tarixlərində sahibkarlıq sahəsində aparılan araşdırmaların vahid məlumat reystrinin “Çıxarışına” əsasən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. 14.03.2022-ci il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduğumuz zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və tərtib olunmuş o yoxlama aktına, eləcə də inzibati protokola imza etməkdən imtina etmişdir. İşdə olan X6 Haqqında qərardan görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən "xxxx" X7 Plan üzrə yoxlama aparılması qərara alınmışdır. İşdə olan X14 Protokoldan görünür ki, Gədəbəy rayon Düzyurd kəndində yerləşən "xxxx" X3 direktoru, vəzifəli şəxs X11 tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və tərtib olunmuş o yoxlama aktına, eləcə də inzibati protokola imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy rayon Düzyurd kəndində yerləşən "xxxx" X3 direktoru vəzifəli şəxs X11 tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdir. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona görə də "xxxx" X3 direktoru vəzifəli şəxs X11 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası həddində 1000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" X3 direktoru vəzifəli şəxs X11 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar