Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-85/2021 09.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 ƏMDK-nin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 09.08.2019-cu il tarixli, MN ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ƏMDK-nin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 09.08.2019cu il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 09 avqust 2019-cu il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. Lakin 2019-cu il tarixdə barəmdə araşdırılma aparılarkən o, qəti şəkildə araşdırılma aparılmasına etiraz etmiş və həmin torpağı öz təyinatı üzrə istifadə etdiyini bildirmişdir. Həmin əməkdaşlar ona heç bir problem olmayacağını bildirdilər və getdilər. Lakin 2021-ci il tarixdə ərazi üzrə polis əməkdaşları onun barəsində axtarış işi olmasını və bununla əlaqədar Gədəbəy Rayon İcra və probasiya Şöbəsinə getməyisini bildirmişlər. O, Gədəbəy Rayon İcra və probasiya Şöbəsinə gələrkən məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin əməkdaşları onun barəsində 500 manat inzibati tənbeh cəzası tətbiq etmişlər. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan ƏMDK-nin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 09.08.2019-cu il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsinə əsasən bu məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X3 Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 09 avqust 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, ona qərəzli şəkildə tənbeh tətbiq edilməsini bildirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, X1 təqsirini sübut etməmişdir. Ona görə də, şikayət təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 09 avqust 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam veriməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 09 avqust 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-85/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-85/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver