Məhkəmə qərarları › İş №3(042)-86/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-86/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-86/2024 16.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Şəxsnin nümayəndəsi X1 iştirakı ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X5 Yanğın Nəzarət İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan X4 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X5 Yanğın Nəzarət İdarəsi tərəfindən 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş X4 protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X5 Yanğın Nəzarət İdarəsi tərəfindən onların barəsində pozuntu aşkar olunduğundan protokol tərtib olunmuşdur.Həmin pozuntular aradan qaldırılacaq və bir də belə bir pozuntulara yol verilməyəcəkdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X5 Yanğın Nəzarət İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X5 Yanğın Nəzarət İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 mart 2024-cü il tarixli X4 Protokoldan görünür ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə “Azərbaycan İnterneyşnl Mayniq Kompani Limited Şirkəti” barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X4 iş üzrə icraat aparılan “Azərbaycan İnterneyşnl Mayniq Kompani Limited Şirkəti” Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, işin hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə “Azərbaycan İnterneyşnl Mayniq Kompani Limited Şirkəti” barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: “Azərbaycan İnterneyşnl Mayniq Kompani Limited Şirkəti” Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 400 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar